Yuxarı

​Bakıda naməlum avtomobil səfirliyin maşınına çırpılıb

“Volkswagen” markalı avtomobil hadisə yerindən uzaqlaşıb

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda səfirliyə məxsus avtomobil naməlum avtomobil tərəfindən vurulub.

“Report”un xəbərinə görə, hadisə Landau küçəsi, 7 ünvanında baş verib.

Naməlum “Volkswagen” markalı avtomobil Bakı şəhər sakini, 39 yaşlı Elnur Şıxməmmədovun idarə etdiyi İran İslam Respublikası səfirliyinə məxsus “Mercedes” markalı avtomobili arxadan vurub.

“Volkswagen” markalı avtomobil hadisə yerindən uzaqlaşıb. Avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi