Yuxarı
    Bağlamaq

    Bakıda müştəri avtomobil təmiri ustasını ölümcül döyüb

    Yaralının vəziyyəti ağırdır

    Bakı. 22 noyabr. REPORT.AZ/ Avtomobil təmiri servisində sürücü ustanı döyüb.

    "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "VER" avtomobil servisində qeydə alınıb.

    Belə ki, servisdə usta işləyən 1990-cı il təvvəllüdlü Babayev Xəqani Qüdrət oğlu 6 ay əvvəl avtomobilini təmir etdiyi müştərisi ilə mübahisə edib. Müştəri 6 ay əvvəl avtomobilini X.Babayevə təmir etdirdiyini və ustanın əl işindən narazı qaldığını, avtomobilinin hələ də nasaz olduğunu bildirib. X.Babayev isə başqa vaxt gəlməsini təklif edib. Bundan hiddətlənən müştəri X.Babayevin baş nahiyəsinə dəmir alətlə vurub.

    X.Babayev xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi