Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır

Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.
Hadisə
25 Aprel , 2019 15:43
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır

Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.

“Report”un xəbərinə görə, Binəqədi rayon sakini M.N (şərti) polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin S.Ə. adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.

Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə, uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.

Məsələ ilə bağlı S.Ə. Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə, özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.

S.Ə. 14 ildir Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi