Bakıda motosikletlə minik avtomobili toqquşub, xəsarət alan var

Bakıda motosikletlə minik avtomobili toqquşub, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
13 Yanvar , 2020 08:42
Bakıda motosikletlə minik avtomobili toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə “Gənclik” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Motosikletlə minik avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, 22 yaşlı Elnur Məlikzadə xəsarət alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan aldığımız məlumata görə, E.Məlikzadəyə sağ ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi