Bakıda motosikletlə avtomobil toqquşub, gənc qız yaralanıb

Bakıda motosikletlə avtomobil toqquşub, gənc qız yaralanıb Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Aprel , 2024 04:52
Bakıda motosikletlə avtomobil toqquşub, gənc qız yaralanıb

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə metronun “Həzi Aslanov” stansiyasının yanında qeydə alınıb.

Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində sərnişin 2006-cı il təvəllüdlü Məmmədzadə Ayla Ələddin qızı yaralanıb.

Xəsarət alan gənc qız təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi