Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Bakı Olimpiya stadionunun yaxınlığında qeydə alınıb.
Motosikletlə avtomobilin toqquşması zamanı 1998-ci il təvəllüdlü Məmmədli Elşad Elman oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.