Bakıda motosikletçi yol qəzasında xəsarət alıb

Hadisə
  • 23 iyul, 2024
  • 03:37
Bakıda motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2006-cı il təvəllüdlü Həmidli Orxan Hikmət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.