Bakıda motosiklet taksi ilə toqquşub, xəsarət alan var - VİDEO

Bakıda motosiklet taksi ilə toqquşub, xəsarət alan var - VİDEO Deformasiyaya uğrayan motosiklet cərimə meydançasına yerləşdirilib
Hadisə
22 Sentyabr , 2017 12:27
Bakıda motosiklet taksi ilə toqquşub, xəsarət alan var - VİDEO
Report

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda motosiklet taksi ilə toqquşub, xəsarət alan var.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Əhməd Rəcəbli küçəsində iaşə obyektinə məxsus motosikleti idarə edən 1995-ci il təvəllüdlü Abdullayev Təbriz Əlibaba oğlu 90-RR-458 dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobilin arxa hissəsinə çırpıllb. Nəticədə motosiklet aşıb və bayker ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Minik avtomobilinin sürücüsü Şahin Şirinov "Report"a müsahibəsində bildirib ki, o taksi fəaliyyəti ilə məşğul olur: "Yolun sağ zolağı hərəkət edirdim. Motosiklet isə sürərlə gələrək avtomobilimin arxasına çırpıldı".

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Deformasiyaya uğrayan motosiklet cərimə meydançasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi