Bakıda minik maşını ilə yük avtomobili toqquşub - FOTO

Bakıda minik maşını ilə yük avtomobili toqquşub - FOTO Sürücü yüngül bədən xəsarətləri alaraq poliklinikaya yerləşdirilib
Hadisə
26 Sentyabr , 2017 07:28
Bakıda minik maşını ilə yük avtomobili toqquşub - FOTO
Foto: Report.az

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda minik maşını ilə yük avtomobili toqquşub.

"Report" xəbər verir ki, "90-DO-495" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili hərəkətdə olan zaman "DAF" markalı yük avtomobilinin arxa hisəssinə çırpılıb.

Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. Sürücü yüngül bədən xəsarətləri alaraq poliklinikaya yerləşdirilib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi