Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb

Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb.
Hadisə
3 Fevral , 2023 23:49
Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb

Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" və "Kia" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi