Bakıda məşhur şirkət direktoru özünü güllələyib
Hadisə
- 23 may, 2016
- 11:19
Bakı. 23 may. REPORT.AZ/ Bakıda intihar hadisəsi qeydə alınıb.
“Report”un əldə etdiyi məlumata qörə, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Nemətulla küçəsi, ev 79, mənzil 48 ünvanında ov tüfəngi ilə özünə intihar məqsədilə atəş açıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.
***
Mərhumun qardaşı oğlu Orxan Hacıyev "Report"a bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib: "Söhbət Hacıyevin heç bir problemi olmayıb. O, səhər ova getmək üçün silahını təmizləyən zaman ehtiyatsızlıqdan atəş açılıb".
Son xəbərlər
21:55
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr21:47
Türkiyədə yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənib
Region21:25
Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Hadisə21:15
AVRO-2026: Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub edib
Komanda21:11
Foto
Daşkənddə Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
Biznes20:56
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə20:34
Sabirabadda minik avtomobili motosikletlə toqquşub, ölən var
Hadisə20:28
Azərbaycan Premyer Liqasında II tura start verilib
Futbol20:26