Bakıda məscidin qarşısında tanışını öldürən şəxsə hökm oxunub

Bakıda məscidin qarşısında tanışını öldürən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məhəmməd Rəhimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hadisə
18 Dekabr , 2021 09:14
Bakıda məscidin qarşısında tanışını öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məhəmməd Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən porsesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü M.Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi