Bakıda mənzildə 49 yaşlı kişinin meyiti aşkarlanıb

Hadisə
  • 27 noyabr, 2019
  • 18:34
Bakıda mənzildə 49 yaşlı kişinin meyiti aşkarlanıb
Courtesy İmage

Bakıda mənzildə meyit aşkarlanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü Məcidov Faiq Vaqif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.