Bakıda məktəbliləri soyan şəxsin məhkəməsi başlayır

Bakıda məktəbliləri soyan şəxsin məhkəməsi başlayır Bakıda məktəblilərə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Təbriz Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
10 İyul , 2019 10:14
Bakıda məktəbliləri soyan şəxsin məhkəməsi başlayır

Bakıda məktəblilərə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Təbriz Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Araz Hüseynovun icraatında olan cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

İttiham aktına əsasən, T.Zeynalov Yasamal rayonu ərazisində məktəblilərə qarşı soyğunçuluq edib. 

Bu ilin aprel ayında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra naməlum şəxsin oğluna yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib.

Həmin hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov şöbə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha üç məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.

T.Zeynalova Cinayət Məcəlləsinin 180.2.2-ci (təkrar soyğunçuluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi