Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan (hər mərtəbəsi 1200 m²-dir, 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir) üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanıb.
Faktla bağlı araşdırma aparılır.