Bakıda maskalı şəxslər evə basqın edib
Hadisə
- 09 yanvar, 2016
- 12:22
Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda maskalı şəxslər evə basqın edərək pul və qızıl-zinət əşyaları aparıblar.
“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. İki maskalı şəxs qəsəbənin 1 May küçəsi ev 1-ə hasardan keçməklə evin açıq qapısından mənzilə daxil olublar.
Evdə yaşayan 1969-cu il təvəllüdlü Sona Arif qızı Məmmədbəyovaya bıçaqla hədə-qorxu gələrək, boyun nahiyəsindən xəsarət yetiriblər. Ev sahibini ölümlə hədələyən maskalı şəxslər evdən 700 manat, 200 ABŞ dolları və qızıl zinət əşyaları götürərək qaçıblar.
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
Son xəbərlər
00:11
Dünya Bankının Azərbaycandakı vahid nümayəndəsi vəzifəsinin icrasına başlayıb
Maliyyə00:05
Foto
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda məğlub olur - YENİLƏNİR-5
Futbol23:48
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır
Digər ölkələr23:30
Əraqçi səudiyyəli həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
Region23:14
Brent neftinin qiyməti 108 dolları ötüb
Energetika23:07
Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Digər ölkələr22:56
"İmişli" heyətini Rafael Vieqaş ilə gücləndirib
Futbol22:51
İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər
Region22:42