Bakıda maşın yuyulması üstündə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda maşın yuyulması üstündə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Amin Kazımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
17 Sentyabr , 2018 14:48
Bakıda maşın yuyulması üstündə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Amin Kazımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən posesdə A.Kazımovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 4-də Bakının Nizami rayonu Qara Qarayev prospektində baş verib. A.Kazımov kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.

Cinayəti törədən A.Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb.

Məlumata görə, A.Kazımov Y.Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 zərbə vuraraq qətlə yetirib.

Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.

Son xəbərlər

Orphus sistemi