Bakıda marketdən çıxan ahıl qadını maşın vurub

Bakıda marketdən çıxan ahıl qadını maşın vurub Qadın sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
21 Aprel , 2017 07:11
Bakıda marketdən çıxan ahıl qadını maşın vurub
Courtesy İmage

Bakı. 21 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Zabrat qəsəbəsində 1954-cü il təvəllüdlü Ağayeva Şəhriyar Məhərrəm qızını "Ayxan" marketdən çıxarkən minik avtomobili vurub.

Qadın sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi