Bakıda çimərlikdə kütləvi dava baş verib

Bakıda çimərlikdə kütləvi dava baş verib Hadisə gecə saatlarında olub
Hadisə
28 Aprel , 2015 18:23
Bakıda çimərlikdə kütləvi dava baş verib

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda kütləvi dava baş verib. "Report"un məlumatına görə, hadisə gecə saatlarında Salyan şossesinin 8-ci kilometrliyində, Şıxov çimərliyində olub. 

Belə ki, 1984-cü il təvəllüdlü Məhəmməd Pənahov, 1977-ci il təvəllüdlü Harun Kazımov və 1992-ci il təvəllüdlü Etibar İsmayılov bir qrup şəxs tərəfindən döyülüb. Səbail RPİ 8-ci PB-ya müraciət edən hər 3 şəxs tanışları olan Salamat İsmayılov və onunla birgə olan 6-7 şəxsin hücumuna məruz qaldıqlarını bildiriblər. 

Müraciət əsasında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi