Yuxarı
    Bağlamaq

    ​Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

    Hadisə Xətai rayonu ərazisində qeydə alınıb

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda bir nəfər azyaşlı xilas edilib.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Xətai rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi