Bakıda kişinin pul kisəsini oğurlayan qadın tutulub
Hadisə
- 19 avqust, 2015
- 09:05
Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda kişinin pul kisəsini oğurlayan qadın tutulub.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, avqustun 7-də Pirallahı qəsəbə sakini İsmayıl Abbasov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək içərisində 417 manat, sənəd və hesabında 540 manat olan bankomat kartı olan pul kisəsini itirməsini bildirib.
Araşdırmalar zamanı pul kisəsinin qəsəbə sakini Aygün Əliyeva tərəfindən oğurlanması və kartın hesabında olan 540 manatın çıxarılması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Son xəbərlər
01:51
ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment qətnaməsini rədd edib
Digər ölkələr01:30
Tramp Vaşinqtonda Kennedi Mərkəzinin dərhal bağlanacağını açıqlayıb
Digər ölkələr01:24
Azərbaycan və Pakistanın Serbiyadakı səfirləri regional vəziyyəti müzakirə ediblər
Xarici siyasət01:17
ABŞ İranın blokadası çərçivəsində 103 ticarət gəmisinin marşrutunu dəyişib
Digər ölkələr00:37
Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib
Xarici siyasət00:35
İraq Hörmüz boğazından yan keçməklə Avropaya neft tədarükünü artırmaq niyyətindədir
Digər ölkələr00:29
Prezidentin köməkçisi: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verirlər
Xarici siyasət00:06
Qazaxıstan ikinci AES-in tikintisi ilə bağlı danışıqlar aparır
Region23:55