Bakıda kişini döyərək pulunu və üzüyünü alan şəxslər tutulub

Bakıda kişini döyərək pulunu və üzüyünü alan şəxslər tutulub Nəsimi Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır
Hadisə
21 avqust 2015 08:40
Bakıda kişini döyərək pulunu və üzüyünü alan şəxslər tutulub

Bakı. 21 avqust. REPORT.AZ/ Bakıda paytaxt sakinini döyərək pulunu və üzüyünü alan şəxslər tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyüb, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıb.

Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsini əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulub.

Nəsimi Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi