Bakıda kirayə qaldığı mənzildən oğurluq edən dəstə üzvlərinə hökm oxunub - SİYAHI

Bakıda kirayə qaldığı mənzildən oğurluq edən dəstə üzvlərinə hökm oxunub - SİYAHI Məhkəmə prosesi başa çatıb
Hadisə
18 Aprel , 2017 11:14
Bakıda kirayə qaldığı mənzildən oğurluq edən dəstə üzvlərinə hökm oxunub - SİYAHI

Bakı. 18 aprel REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluqda təqsirləndirilən Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Manafovla A.Hacıyevin hər biri 10 il, R.İbadov 8 il 2 ay, V.Qaraşova 4 il 5 ay və X.Qasımova isə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Əli Qarayevin Bakı şəhərində yerləşən mənzilində kirayə yaşayıblar. Onlar mənzildən 37 min manatlıq oğurluq ediblər. Onlar həmçinin, Bakı şəhər sakinin etibarından sui-istifadə edərək, saxta qızıl girov qoyaraq, onun 3200 manatlıq pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) və 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi