Bakıda “KamAZ” minik avtomobili ilə toqquşdu, ölənlər var - YENİLƏNİB

Bakıda “KamAZ” minik avtomobili ilə toqquşdu, ölənlər var - YENİLƏNİB Bakıda baş verən ağır yol qəzasında daha bir nəfər ölüb.
Hadisə
1082
28 Mart , 2020 10:30
Bakıda “KamAZ” minik avtomobili ilə toqquşdu, ölənlər var - YENİLƏNİB

Bakıda baş verən ağır yol qəzasında daha bir nəfər ölüb.

"Report"un xəbərinə görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.

Qəza nəticəsində 1961-ci il təvəllüdlü Zeynalov Bəhruz Əli oğlu, 1979-cu il təvəllüdlü Qurbanov Qurban Rafiq oğlu və 1962-ci il təvəllüdlü Rzayeva Zahirə Əlimərdan qızı ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

B.Zeynalova bədənin küt travması, Q.Qurbanova baş-beyin silkələnməsi, üz nahiyəsinin yaralanması və Z.Rzayevaya isə burnun travması, baş-beyin silkələnməsi, bədənin küt travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


***09:12

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi