Bakıda itkin düşdüyü bildirilən polis əməkdaşı işdən çıxarılıb
Hadisə
- 07 fevral, 2017
- 09:42
Bakı. 7 fevral. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq BŞBPİDYPİ-dən məlumat verilib.
Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb.
O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.
Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş "90-YP-460" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.
Son xəbərlər
23:55
Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb
Digər ölkələr23:31
Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə23:21
Dəməşqdə avtobus partladılıb, güc strukturunun bir neçə əməkdaşı yaralanıb
Digər ölkələr23:00
Aİ ölkələri artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiqini təklif edirlər
Digər ölkələr22:39
Premyer Liqa: "Zirə" evdə "İmişli"ni məğlub edib
Futbol22:32
Rza Arif: ABŞ-nin iqtisadi təzyiqi İran xalqının iradəsini dəyişdirə bilməz
Region22:22
"Axios": Şənbə gecəsi Hörmüz boğazından 16 milyon barel neft daşınıb
Digər ölkələr22:04
Ukraynada zavodda yanğın olub, ölənlər var
Digər ölkələr21:55