Yuxarı
    Bağlamaq

    Bakıda işə düzəltmək adı ilə dələduzluq edən şəxsin apellyasiya şikayətinə baxılıb

    Birinci instansiya məhkəməsinin çıxarığı hökm dəyişdirilmədən saxlanılıb© Report

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    “Report”un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, H.Rzayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxarığı hökm dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, H.Rzayev Bakı şəhər sakini Məmməd İbrahimovun qızını Ədliyyə Nazirliyinə işə düzəldəcəyini vəd edərək, ondan ümumilikdə 50 min manat pul alıb. Lakin sonradan o, vədinə əməl etməyib. Hadisədən bir qədər sonra H.Rzayev dələduzluq etdiyi şəxsin şikayətləri əsasında həbs edilib.

    Araşdırma zamanı məlum olub ki, H.Rzayev daha bir nəfər - Bakı şəhər sakini Elmira Nəsirovadan ümumilikdə 14 min 500 manat pul alıb. Bunun qarşılığında isə o, E.Nəsirovanın oğlunu Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyini vəd edib. Lakin o, həmin vədə də əməl etməyib.

    Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

    H.Rzayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi