Bakıda iki yaşlı körpənin üstünə qaynar su tökülüb

Bakıda iki yaşlı körpənin üstünə qaynar su tökülüb Körpənin vəziyyəti orta-ağırdır
Hadisə
5 May , 2017 14:05
Bakıda iki yaşlı körpənin üstünə qaynar su tökülüb

Bakı. 5 may. REPORT.AZ/ Bakıda iki yaşlı körpənin üstünə qaynar su tökülüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb.

Orada yaşayan 2015-ci il təvəllüdlü Murad Səfərovun sifətinə qaynar su tökülüb.

Hadisə ehtiyatsızlıqdan baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Son xəbərlər

Orphus sistemi