Bakıda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub Bakıda kütləvi dava zamanı iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Kamran Rəhimliyə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
167
5 May , 2022 17:28
Bakıda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda kütləvi dava zamanı iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Kamran Rəhimliyə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin fevralında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, dava zamanı 1997-ci il təvəllüdlü Yusif Əhmədov və 1998-ci il təvəllüdlü Sahil Mahmudov K.Rəhimli tərəfindən bıçaqlanıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar və onların həyatlarını xilas etmək mümkün olub.

Daha sonra K.Rəhimli saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi