Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılıb, onlardan biri ölüb
Hadisə
- 23 yanvar, 2017
- 11:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılıb.
“Report”un xəbərinə görə, hadisələrdən biri paytaxtın Yasamal, digəri Nizami rayonunda baş verib.
Məlumata görə, Yasamal rayonu Zərdabi küçəsi 41-də “Avesta” şirkətinin inşa etdiyi yeni tikilidə Beyləqan rayon sakini 1986-ci il təvəllüdlü Amil Nəbiyev pilləkəndən yıxılıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Samir Alxasov isə paytaxtın Nizami rayonu, C.Naxcivanski küçəsində yerləşən binanın 5-ci mərtəbəsinin giriş pəncərəsindən yerə yıxılıb.
Xəstəxanaya yerləşdirilən S.Alxasov orada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları hər iki faktla bağlı araşdırma aparır.
Son xəbərlər
12:02
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
ASK
11:59
Foto
Dövlət Gömrük Komitəsinin yeni binası beynəlxalq sertifikata layiq görülüb
İnfrastruktur
11:54
Nazir müavini: "Qadınlarımız "Coursera"da 70 mindən çox təlimi tamamlayıb"
Biznes
11:51
Nazir müavini: "Son beş ildə dövlət sifarişli yerlərin qəbul planında payı 50 faizə yaxınlaşıb"
Elm və təhsil
11:49
Azər Bayramov: "Rəhbəri qadınlar olan 30 minə yaxın kommersiya qurumu var"
Biznes
11:47
ABİF 10 ayda qadın sahibkarlara 22 milyon manatdan çox güzəştli kredit verib
Biznes
11:45
Bakı, Sumqayıt, Abşeron üzrə noyabrın pensiyaları ödənilib
Sosial müdafiə
11:41
Rauf Cabbarov: "Azərbaycanda şirkətlərdə süni intellektin idarəetmə mexanizmi qurulmalıdır"
İKT
11:37
Pakistanda 43 yaraqlı məhv edilib
Digər ölkələr