Bakı. 28 iyul. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 50 kv.m olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanıb. “Report”
Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan mağazanın tavanı və içərisində olan ərzaqlar 120 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.