Bakıda iki evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 05 oktyabr, 2018
  • 08:33
Bakıda iki evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda iki evdən pul və qızıl-zinət əşyaları oğurlanıb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisələrdən biri Səbail, digəri Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov saxlanılıb.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis böməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də rayon ərazisindəki evlərin birindən 500 manat və 2000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Anar Həsənov və Sabirabad rayon sakini Xəqani Abbasov saxlanılıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti