Bakıda iki bacısını bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayır

Bakıda iki bacısını bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayır Bakıda bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 İyul , 2019 20:57
Bakıda iki bacısını bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayır

Bakıda bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azər Paşayevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.

Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən, qadın xəstəxanada dünyasını dəyişib.

M.Əlimanova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham verilib.

M.Əlimanovun əvvəllər də qəsdən adamöldürməyə görə məhkum olunduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi