Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır
Hadisə
23 Avqust , 2017 08:35
Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub
Courtesy İmage

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

 Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi “Zaporojets” markalı avtomobillə vurub.

Nəticədə Q. Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi