Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Yanvar , 2020 21:00
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobillə “Reno” markalı avtomobil toqquşub. 

Nəticədə “Jeep” markalı nəqliyyat vasitəsinin qadın sürücüsü və digər avtomobilin sürücüsü, 25 yaşlı Anar adlı şəxs xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onlara bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi