Bakıdakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB 2

Bakıdakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB 2 Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Hadisə
5 Aprel , 2024 01:40
Bakıdakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB 2

Nərimanov rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsində yaralananların kimliyi məlum olub.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzasında 1999-cu il təvəllüdlü Behbud İsa oğlu Hüseynov, eyni təvəllüdlü Vüsal Şöhrət oğlu Abdullazadə, habelə 1982-ci il təvəllüdlü Fazil Musa oğlu Abbasov və 1995-ci il təvəllüdlü Emil Rizvan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

23:01

Aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

22:14

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report" xəbər verir ki, qəza Heydər Əliyev prospekti, 5 saylı "ASAN xidmət" mərkəzinin qarşısında qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun "Koroğlu", stansiyası istiqamətlərində sıxlıq yaranıb.

Qəza nəticəsində iki nəfərin xəsarət aldığı deyilir. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi