Bakıda ağır yol qəzası olub, ölənlər var

Bakıda ağır yol qəzası olub, ölənlər var Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə
23 Aprel , 2021 08:25
Bakıda ağır yol qəzası olub, ölənlər var
0 : 00
0 : 00

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi