Bakıda "Hyundai" "Kamaz"a çırpılıb, sürücünün iki ayağı sınıb

Bakıda "Hyundai" "Kamaz"a çırpılıb, sürücünün iki ayağı sınıb Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol qəzası baş verib.
Hadisə
8 Sentyabr , 2019 05:58
Bakıda Hyundai Kamaza çırpılıb, sürücünün iki ayağı sınıb
Report

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol qəzası baş verib.

“Report”un məlumatına görə, 23 yaşlı Mədətov Nicat idarə etdiyi "Hyundai" markalı avtomobillə ötmə əməliyyatı edərkən yol kənarında duran "Kamaz"a çırpılıb.

Nəticədə sürücü yaralanıb və xəstəxanaya yerləşdirilib. N.Mədətova hər iki ayağın açıq sınığı, körpücük sümüyünün sınığı və bədəninin çoxsaylı əzikləri diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi