Həkim özünü aptekdə asıb - RƏSMİ AÇIQLAMA

Həkim özünü aptekdə asıb - RƏSMİ AÇIQLAMA Bakı Şəhər Prokurorluğu paytaxtda həkimi intihar etməsi hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
7 Fevral , 2020 15:46
Həkim özünü aptekdə asıb - RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Prokurorluğu paytaxtda həkimi intihar etməsi hadisəsi ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Prokurorluğundan "Report"a bildirilib ki, fevralın 7-də paytaxt sakini, 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibb ekspertizası təyin edilib. 

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi