Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyən qadın saxlanıldı

Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyən qadın saxlanıldı Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
29 Fevral , 2020 12:12
Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyən qadın saxlanıldı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik) maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Qafarov Namiq Alim oğluna anası Bakı şəhər sakini Qafarova Nailə Vəli qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan yeməyin içərisində gizlədilən bükülülərdə 0,785 qram narkotik maddə - heroin və 0,206 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi