Bakıda həbs edilən Türkiyə vətəndaşı ​Azərbaycandan sığınacaq istəyib

Bakıda həbs edilən Türkiyə vətəndaşı ​Azərbaycandan sığınacaq istəyib Ramazan Kocakaya ölkəsinə ekstradisiya olunmaqdan imtina edib
Hadisə
1 Mart , 2016 10:22
Bakıda həbs edilən Türkiyə vətəndaşı ​Azərbaycandan sığınacaq istəyib

Bakı.1 mart. REPORT.AZ/ Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Kocakaya Ramazan Ramazan oğlu ölkəsinə ekstradisiya olunmaqdan imtina edib.

"Report"un əldə etdiyi məlumata görə, o, Azərbaycandan sığınacaq istəyib.

Belə ki, R.Kocakaya sığınacaq almaq üçün Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

Qeyd edək ki, Türkiyədə silahdaşıma və qaçaqmalçılıqda ittiham olunan Ramazan Kocakaya beynəlxalq axtarışa verilib. O, 2015-ci ildə Azərbaycanda həbs edilib. Türkiyə Respublikası həmin şəxsin ekstradisiya olunması üçün Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət edib. Bakı Ağır Cinayətlər Məhkəməsi Ramazan Kocakayanın ekstradisiya olunması barədə hökm çıxarıb. Lakin o, apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsi icraatı dayandırıb. Buna səbəb Ramazan Kocakayanın Dövlət Miqrasiya Xidmətinə sığınıacaq üçün müraciət etməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi