Bakıda hamilə arvadını öldürüb basdıran şəxsin məhkəməsi başlayıb

Bakıda hamilə arvadını öldürüb basdıran şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 30-na təyin edilib
Hadisə
24 Noyabr , 2016 16:02
Bakıda hamilə arvadını öldürüb basdıran şəxsin məhkəməsi başlayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən posesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 30-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il avqust ayında Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini 37 yaşlı A.Həsənov qeyri-rəsmi nikah münasibətində yaşadığı 34 yaşlı Yasəmən Novruzovanı mübahisə zəminində öldürüb.

Hadisədən iki gün sonra isə A.Həsənov Xəzər Rayon Polis İdarəsini 1-ci Polis Bölməsinə gedərək arvadının itkin düşdüyünü deyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. A.Həsənov isə saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı o, həyat yoldaşını əmisi oğlu ilə mobil telefonla danışdıqdan sonra döydüyünü deyib.

Son xəbərlər

Orphus sistemi