Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb O, həkimlərə yıxılaraq xəsarət aldığını deyib
Hadisə
6 Oktyabr , 2017 04:57
Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1998-ci il təvəllüdlü Yusifov Anar Pirəli oğlu Zabrat qəsəbəsində hələlik adı açıqlanmayan şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. O, həkimlərə yıxılaraq xəsarət aldığını bildirib.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, A.Yusifov öz tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Son xəbərlər

Orphus sistemi