Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
18 Sentyabr , 2021 03:46
Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Novruzov Əli Ziyad oğlu “20 Yanvar” metrostansiyasının yaxınlığındakı kafelərdən birində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, hər iki sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi