Bakıda fəhlə villanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb

Bakıda fəhlə villanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb Faktla bağlı araşdırma aparılır.
Hadisə
3 Avqust , 2018 13:53
Bakıda fəhlə villanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda villanın tikintisində fəhlə işləyən şəxs ehtiyatsızlıqdan yıxılaraq ölüb. 

“Report” xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Telman Eyyub oğlu üçmərtəbəli villanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi