Bakıda eyni küçədə baş verən yol-nəqliyyat hadisələri nəticəsində 2 qadın xəsarət alıb

Bakıda eyni küçədə baş verən yol-nəqliyyat hadisələri nəticəsində 2 qadın xəsarət alıb Hər iki faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır
Hadisə
13 Yanvar , 2017 10:46
Bakıda eyni küçədə baş verən yol-nəqliyyat hadisələri nəticəsində 2 qadın xəsarət alıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda eyni küçədə baş verən 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 qadın xəsarət alıb.

"Report"un xəbərinə görə, hər iki hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, rayonun Kislorod küçəsində "KamAZ" markalı yük avtomobili azyaşlı uşağı ilə yolu keçmək istəyən 31 yaşlı Kəmalə Həsənovanı vurub. Hadisə zamanı K.Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə zamanı isə "Kia" markalı avtomobil 59 yaşlı Məlikova Saray Allahverdi qızını vurub. S.Məlikova xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi