Bakıda evin damından yıxılan fəhlənin boynu sınıb

Bakıda evin damından yıxılan fəhlənin boynu sınıb Bakı. 24 may. REPORT.AZ/ Bakıda fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıb.
Hadisə
24 May , 2018 06:50
Bakıda evin damından yıxılan fəhlənin boynu sınıb

Bakı. 24 may. REPORT.AZ/ Bakıda fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

İmran Kərimov küçəsində bina tikintisi zamanı 41 yaşlı Əhmədov Yusif Habil oğlu evin damından yerə - beton örtüyünün üzərinə yıxılıb. O, boyun sümüyünün sınığı və bədənindəki digər sınıq xəsarətləri diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Y. Əhmədovun vəziyyəti ağır olaraq qalır. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi