Bakıda evdə partlayışda xəsarətlər alan bacı-qardaş xəstəxanada vəfat edib

Bakıda evdə partlayışda xəsarətlər alan bacı-qardaş xəstəxanada vəfat edib Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.
Hadisə
24 Avqust , 2023 09:52
Bakıda evdə partlayışda xəsarətlər alan bacı-qardaş xəstəxanada vəfat edib

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci il təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib.

Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.

TƏBİB-dən isə bildirilib ki, avqustun 22-də Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın səbəbi ilə çağırış daxil olub.

III-IV dərəcəli termiki yanıq diaqnozu ilə (bədən səthinin 90 faizdən çox hissəsinin yanığı) 1998-ci il təvəllüdlü Quliyeva Fərəh və 1997-ci təvəllüdlü Quliyev Toğrul Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunublar.

Göstərilən zəruri tibbi müdaxilələrə və həkimlərin səylərinə baxmayaraq, avqustun 23-də saat 02:20 radələrində Quliyev Toğrul, 07:15 radələrində isə Quliyeva Fərəh dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində baş verib. İlkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi