Bakıda ər və arvad bıçaqlanıb

Bakıda ər və arvad bıçaqlanıb Bakıda ər əvvəlcə arvadına, sonra isə özünə bıçaqla xəsarət yetirib.
Hadisə
31 İyul , 2021 01:50
Bakıda ər və arvad bıçaqlanıb

Bakıda ər və arvad bıçaqla xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Məlumata görə, Lökbatan qəsəbəsində 1988-ci il təvəllüdlü Səfərova Ülviyyə Zahir qızı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səfərov İsmayıl Qafar oğlu tərəfindən bıçaqlandığı ehtimal olunur. Yaralı xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törətdiyi bildirilən İ.Səfərov özünə də iki bıçaq zərbəsi vurması qeyd olunur. O, xəstəxanaya çatdırılıb. İ.Səfərova boyunun kəsilmiş-deşilmiş və biləyin kəsilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi