Bakıda ər arvadını döyərək ağır xəsarətlər yetirdi

Bakıda ər arvadını döyərək ağır xəsarətlər yetirdi Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Hadisə
26 Aprel , 2020 02:01
Bakıda ər arvadını döyərək ağır xəsarətlər yetirdi

Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yaşayan 1990-cı il təvəllüdlü Cabbarlı Şəfiqə Xaliq qızı həyat yoldaşı tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona baş və bədənin müxtəlif dərəcəli travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi