Bakıda dünyanın ikinci böyük palçıq vulkanında püskürmə baş verib - VİDEO

Bakıda dünyanın ikinci böyük palçıq vulkanında püskürmə baş verib - VİDEO Bakı. 23 sentyabr. REPORT.AZ/ Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Hadisə
23 Sentyabr , 2018 12:33
Bakıda dünyanın ikinci böyük palçıq vulkanında püskürmə baş verib - VİDEO

Bakı. 23 sentyabr. REPORT.AZ/ Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev məlumat verib.

"Sentyabrın 23-də saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb", - deyə o bildirib.

Dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

Son xəbərlər

Orphus sistemi